Rusiyadan təhlükəli manevr: F-16-lar dərhal havaya qaldırıldı

Rusiyadan təhlükəli manevr: F-16-lar dərhal havaya qaldırıldı
Rusiyadan təhlükəli manevr: F-16-lar dərhal havaya qaldırıldı
Rusiyanın iki bombardmançı təyyarəsi Şimal dənizi üzərində NATO-nun hava məkanına yaxınlaşarkən Hollandiya və Danimarka F-16 qırıcılarını havaya qaldırıblar.

Teleqraf.com xəbər verir ki, Rusiya təyyarələri bundan sonra geri dönsələr də, beynəlxalq hava məkanını tərk etməyiblər.

Hökumətin açıqlamasında deyilir ki, Hollandiyanın iki F-16 döyüş təyyarəsi xəbərdarlıqdan sonra havaya qalxaraq, ölkənin məsuliyyət zonasını qorumağa hazır vəziyyətə gətirilib.

Danimarka hökuməti də rus təyyarələrini önləmək üçün F-16-larını əraziyə göndərib.

Hollandiya və Belçika növbə ilə Benilüks bölgəsinin hava məkanına nəzarət edir. Aprelin ortalarından etibarən Hollandiya Hərbi Hava Qüvvələri buna cavabdehdir.
Tarix: 15-08-2023, 00:33
Xəbəri paylaş





Xəbər lenti