RUSİYA RAKET TERRORUNU DAVAM ETDİRİR - Ukrayna şəhərlərində yenə dağıntı və tələfatlar var

RUSİYA RAKET TERRORUNU DAVAM ETDİRİR - Ukrayna şəhərlərində yenə dağıntı və tələfatlar var

Avqustun 15-nə keçən gecə Rusiya ordusu Ukraynanın qərbinə genişmiqyaslı raket hücumu həyata keçirib. 
SİAM.AZ Ukrayna mətbuatına istinadla xəbər verir ki, hücum nəticəsində azı 4 nəfər həlak olub.
Ukrayna Hərbi Hava Qüvvələri səhər hesabatında ölkə ərazisinə ümumilikdə 28 hava və dəniz bazalı raketin atıldığını bildirib. Hava hücumundan müdafiə qüvvələri onlardan yalnız 16-nı vura bilib.
Volın, Lvov və Dnepropetrovsk vilayətləri də hücuma məruz qalıb. Partlayış səsləri Dnepr, Zaporojye, Xmelnitski, Lutsk və Lvovda da eşidilib.
Lvov vilayəti administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, raket parçaları çoxmənzilli binalara düşüb, qurbanlar var. Ölənlərin sayı barədə məlumat verilməyib.
Lvova raket hücumu nəticəsində uşaq bağçası dağılıb.Şəhərin meri Andrey Sadovoy bildirib ki, ən azı yüz mənzilə ziyan dəyib, 500-dən çox pəncərə sındırılıb. Dörd nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilir.
Volın administrasiyasının rəhbəri Yuri Poqulayko bildirib ki, Rusiyanın Lutska raket hücumu nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Raketlərdən biri sənaye müəssisəsinin binasına düşüb.
Kramatorskda şəhərin S-300 zenit-raket kompleksindən atəşə tutulması nəticəsində anbarlarda yanğın baş verib. Bir nəfər ölüb, bir nəfər yaralanıb.
Dneprdə hücum nəticəsində bir müəssisədə yanğın baş verib, 2 nəfər yaralanıb.Vilayət administrasiyasının rəhbəri Sergey Lısak zədələnmiş idman kompleksinin fotosunu yayıb.
Çerkassı vilayətində, Smela şəhərində özəl müəssisə və xəstəxana binalarına raketlər düşüb. Ölən və yaralananlar olmayıb.
Rusiya Ukraynanı hər gün atəşə tutur. Rusiya Müdafiə Nazirliyi ancaq hərbi obyektlərə zərbələr endirdiyini iddia edir. Kreml yaşayış binalarının və mülki infrastrukturun dağıdılmasını isə şərh etmir.
“AzPolitika.info”
Tarix: 16-08-2023, 00:13
Xəbəri paylaş





Xəbər lenti