Kiyev, Varşava və London Rusiya idmanına ölümcül zərbə hazırlayır

Kiyev, Varşava və London Rusiya idmanına ölümcül zərbə hazırlayır
"Ukraynada "xüsusi hərbi əməliyyat"ı dəstəkləməyən idmançılar neytral statusda yarışlara buraxıla bilər..."
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 35 üzv ölkəsi Rusiya və Belarusun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılmasının əleyhinə olan koalisiya yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Denis Şmıqal özünün "Teleqram-kanal"ında yazıb.
 
Əks halda Ukrayna Olimpiadanı boykot edə bilər.
 
Hər şeydən göründüyü kimi, Şmıqal dövlət bayraqları altında çıxış edən iki ölkə yığmasını oyunlara buraxmamağa çağırış edir.
 
Böyük ehtimalla, bu çağırış və idman koalisiyasının mümkün hərəkərləri neytral statusda çıxış edən Rusiya və Belarus idmançılara heç bir aidiyyəti yoxdur.
 
2023-cü il yanvarın sonunda Polşanın İdman naziri Kamil Bortniçuk bəyan edib ki, Polşa və Böyük Britaniya koalisiya yaradır, onun üzvləri Rusiya və Belarusun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına iştirakına imkan verməmək niyyətindədir.
 
Bortniçuk deyib ki, Rusiya və Belarus yığmalarının dördilliyin başlıca yarışlarında iştirak edəcəyi təqdirdə Polşa, Böyük Britaniya və bir sıra adı çəkilməyən ölkələr Beynəlxalq Olimpiya Komitəsinə ultimatum verə və Olimpiadanı boykot edə bilər.
 
Nazir izah edib ki, ultimatumun irəli sürülməsi koalisiyaya  onlarsız Oyunların səviyyəsini aşağı salacaq ölkələrin daxil olacağından asılıdır.
 
Mart ayında BOK Ukraynada "xüsusi hərbi əməliyyat"ı dəstəkləməyən Rusiya və Belarus idmançılarını neytral statusda yarışlara buraxmağı tövsiyyə edib.
 
Bu ölkələrin Rusiya Silahlı Qüvvələri və təhlükəsizlik orqanları ilə bağlı olan atletlərini oyunlardan kənar etmək tövsiyyə edilib.
Tarix: 16-08-2023, 09:06
Xəbəri paylaş





Xəbər lenti