Rusiyada "xalq atası" Putinin yetişdirdiyi “vaqner”çi bacısı qızını zorladı...-RƏZALƏT!

Rusiyada
Rusiyanın Volqoqrad vilayətində keçmiş “vaqner”çi Aleksey Xlebnikov azyaşlı bacısı qızını zorlayaraq qaçıb. Hazırda polis onu axtarır.
 
Moderator.az xəbər verir ki, bu haqda rusdilli "Diqqət, xəbərlər" teleqram-kanalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, 36 yaşlı Xlebnikov iki dəfə - 2008-ci ildə oğurluq və soyğunçuluq, 2018-ci ildə adam öldürmə və avtomobil oğurluğuna görə məhkum olunub. Sonuncu dəfə 11 il həbs cəzasına məhkum edilib, lakin artıq bu yay “vaqner”çi Novoanninski rayonundakı doğma kəndinə qayıdıb.
 
"İndi isə yerli çatlarda Alekseyin fotoları yayılır - sakinlər onu 13 yaşlı qızı zorlamaqda ittiham edirlər. Əldə etdiyimiz məlumata görə, Xlebnikovun bacısı qızı qurban olub. Onun yaxınları bizə bildiriblər ki, cinayət iyulun 24-də Rojnovski kəndində baş verib” -xəbərdə belə deyilir. 
 
Polislər  yaxınlarına bildiriblər ki, keçmiş muzdlu əsgəri axtarmağa başlayıblar. İstintaqın gedişi ilə bağlı idarədən hələlik rəsmi açıqlama yoxdur.
 
S.Laçın

Tarix: 16-08-2023, 09:24
Xəbəri paylaş





Xəbər lenti