Türkiyə Liviyanın Homs limanını hərbi baza üçün 99 illiyə icarəyə götürüb


Türkiyə Liviyanın Homs limanını hərbi baza üçün 99 illiyə icarəyə götürüb

Liviyanın şimal-qərbindəki Homs limanını Türkiyə 99 il müddətinə icarəyə götürüb və burada hərbi baza yerləşdirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə TGRT telekanalı mənbələrə istinadən məlumat yayıb.
Belə bir addımın Şərqi Aralıq dənizində Türkiyənin suverenliyini gücləndirəcəyi, Türkiyənin ərazi sularına nəzarəti gücləndirəcəyi və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcəyi iddia edilir. Mövcud məlumata görə, bu bölgədə yaradılacaq hərbi bazada Türkiyənin döyüş pilotsuz təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
2019-cu ilin noyabrında Liviya Milli Birlik Hökuməti (MBH) və Türkiyə hakimiyyəti iki ölkə arasında dəniz zonalarının delimitasiyasına dair anlaşma memorandumu imzalayıb. Keçən il oktyabrın 3-də MBH Türkiyə ilə neft-qaz sektorunda iki yeni anlaşma memorandumu bağlayıb, sənədlərdən biri digər məsələlərlə yanaşı, birgə geoloji kəşfiyyata aiddir.
Liviya Nümayəndələr Palatasının (parlament) rəhbəri Akila Saleh elə həmin gün imzalanmış sənədləri etibarsız adlandırıb və BMT-nin baş katibi Antonio Quterreşə mesaj göndərərək ondan MBH ilə Ankara arasında bu anlaşma memorandumlarını tanımamağı xahiş edib. Misir və Yunanıstan razılaşmalara qarşı çıxdılar.
Hazırda Liviyada faktiki olaraq iki nazirlər kabineti var: ölkənin şərqində parlament tərəfindən dəstəklənən Fəthi Başağanın rəhbərlik etdiyi və mərkəzi Tripolidə yerləşən MBH. Keçən il iyunun 22-də BMT-nin Cenevrə razılaşmalarından sonra təyin etdiyi keçid dövrü başa çatıb və bu müddətin sonuna kimi seçilmiş prezident və parlament Liviyada hakimiyyətə sahib olmalı idi. Lakin 2021-ci ilin dekabrına təyin edilmiş seçkilər ləğv edilib və onların keçirilmə tarixi hələ müəyyən edilməyib.
Tarix: 17-08-2023, 12:29
Xəbəri paylaş





Xəbər lenti