Putinin qaz şantajı iflasa uğradı – Avropada ehtiyat anbarları 90 faiz dolub

Avropa yeraltı anbarlarını 90% qazla dolduraraq 2023-cü il üzrə istilik mövsümünə hazırlıq işlərini vaxtından əvvəl başa çatdırıb.
“AzPoltika.info” xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” şirkəti məlumat yayıb.
Məlumata görə, hazırda anbarlarda qaz ehtiyatı 90,12%-dir. Ehtiyatların maksimum səviyyəsi İspaniyada (99,98%), minimum səviyyəsi isə Latviyada (77,33%) qeydə alınıb.
Avropanın ən böyük qaz bazarı olan Almaniyadakı ehtiyat anbarların doluluq göstəricisi isə 91,79% olub.
Tarix: 18-08-2023, 15:24
Xəbəri paylaş





Xəbər lenti