Novorossiysk şəhərində terminal yandı – Ukraynanın yeni diversiyası, yoxsa...


Avqustun 18-də səhər saatlarında Novorossiysk şəhərinin yük terminalında güclü yanğın baş verib.
“AzPolitika.info” yerli KİV-ə istinadla xəbər verir ki, yanğın min kvadratmetrdən çox ərazini əhatə edib, tələfat yoxdur.
Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə baş idarəsinin məlumatına görə, ərazidə taxta altlıqlar yanıb. Sosial şəbəkələrdə yanğının görüntüləri yayılır. “Kub Mash” Teleqram kanalı hadisə şahidlərinə istinadən xəbər verir ki, təkcə altlıqlar deyil, neft çəlləkləri də od tutub. Eyni zamanda, körfəzin o başında yerləşən Kabardinka kəndindən də qara tüstü görünür və yerli sakinlər partlayış səslərindən danışırlar.


Fövqəladə hallar xidmətləri və Krasnodar diyarının operativ qərargahı yük terminalı ərazisində baş verən yanğının səbəblərini şərh etmir.
Avqustun 4-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi Novorossiysk limanına iki pilotsuz katerin hücumunu dəf etdiyini açıqlayıb. Su üstü dronlardan biri limanda dayanan "Oleneqorski Qornyak" böyük desant gəmisinə ziyan vurub. Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti hücumda iştirakını təsdiqləyib.
Ötən ilin noyabrında Ukraynaya məxsus pilotsuz dəniz kateri Novorossiysk limanındakı “Şesxaris” neft terminalına hücum edib.
Novorossiysk limanı Rusiyanın Qara dənizdəki ən böyük limanıdır. Şəhərdəki hərbi-dəniz bazasında gəmilər və sualtı qayıqlar yerləşir, neft terminalı vasitəsilə Rusiya, Azərbaycan və Qazaxıstandan neft ixrac edilir.
Tarix: 18-08-2023, 18:22
Xəbəri paylaş





Xəbər lenti