Mehmet Şimşək istefa verib? – Rəsmi açıqlama


Türkiyə mediasında maliyyə və xəzinə naziri Mehmet Şimşəkin istefa verməsi ilə bağlı xəbər yayılıb. İddia edilib ki, M. Şimşək vitse-prezident Cevdet Yılmaza istefa ərizəsi ilə müraciət edib, lakin nazirin istəkləri yerinə yetirildiyinə görə o, istefa ərizəsini geri götürüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident yanında Dezinformasiya ilə Mübarizə Əlaqə Mərkəzi iddiaları təkzib edib.
“Xəzinə və maliyyə naziri Mehmet Şimşək vəzifəsindən istefa verməsi iddiası doğru deyil. Bazarda narahatlıq və inamsızlıq yaratmağa yönəlmiş, qəsdən yayılan dezinformasiyalara etibar etməyin”, - Mərkəzin məlumatında qeyd edilib.
Tarix: 18-08-2023, 23:07
Xəbəri paylaş





Xəbər lenti