“Luna-25” ayın səthi ilə toqquşub – Roskosmos


“Luna-25” avtomatik stansiyası, ilkin hesablamalara görə, ayın səthi ilə toqquşaraq fəaliyyətini dayandırıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.
Qeyd olunub ki, avqustun 19-da enişdən əvvəl elliptik orbitin formalaşması üçün impuls verilib.
"Moskva vaxtı ilə təxminən 14:57-də (Bakı vaxtı ilə 15:57) “Luna-25” kosmik gəmisi ilə əlaqə kəsilib", - Roskosmosdan bildiriblər.
“Avqustun 19-u və 20-də aparatın axtarışı və onunla əlaqə yaratmaq tədbirləri nəticə verməyib. İlkin təhlilin nəticələrinə görə, impulsun faktiki parametrlərinin hesablanmış göstəricilərdən kənara çıxması səbəbindən “Luna-25” kosmik gəmisi dizayndan kənar orbitə keçib və kosmik gəmi Ayın səthi ilə toqquşma nəticəsində fəaliyyətini dayandırıb”, - məlumatda deyilir.
Roskosmos əlavə edib ki, kosmik gəminin itməsinin səbəblərinin araşdırılması məsələləri ilə xüsusi yaradılmış idarələrarası komissiya məşğul olacaq.
Qeyd edək ki, “Luna-25” avqustun 11-də Vostoçnı kosmodromundan buraxılıb. Avqustun 16-da avtomatik stansiya Ayın orbitinə daxil olub. Avqustun 21-də aparatın enişi planlaşdırılırdı.
Tarix: 20-08-2023, 23:14
Xəbəri paylaş





Xəbər lenti