Kim Çen In patrul gəmisindən qanadlı raketin atılmasını izləyib

Kim Çen In patrul gəmisindən qanadlı raketin atılmasını izləyibKim Çen In

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə minərək dənizdən buraxılan strateji qanadlı raketin atılması üçün keçirilən təlimi izləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Təlimin keçirildiyi tarix barədə dəqiq məlumat verilməyib.
"Kim Çen In dəniz patrul xidmətinin tapşırığını yerinə yetirəcək, silahlarını və döyüş hazırlığını yoxlayacaq 661 nömrəli patrul gəmisinə minib. Yoldaş Kim Çen In dənizçilərin patrul gəmisindən strateji qanadlı raketin buraxılması üzrə təlimlərini izləyib. Qanadlı raket hədəfi tez və dəqiq vurub ki, bu da gəminin daimi hazırlığını, eləcə də onun hücum qabiliyyətinin yüksək olduğunu təsdiq edib", - deyə agentliyin açıqlamasında bildirilir.
"Koreya Xalq Demokratik Respublikasının lideri KXO Hərbi Dəniz Qüvvələrinin bütün donanmalarının səfərbərliyə daim hazır vəziyyətdə olması ilə bağlı əmr verib. Eyni zamanda, real şəraitdə döyüşə hazırlaşmağın bir yolu kimi müntəzəm təlimlərin keçirilməsinin vacibliyini qeyd edib", - deyə məlumatda qeyd edilir.
Koreya Respublikası və ABŞ avqustun 21-dən 31-dək "Ulchi Freedom Shield" adlı illik birgə təlim keçirəcək. Pxenyan mütəmadi olaraq Vaşinqton və Seulu Koreya yarımadası regionunda bu cür manevrlərə görə tənqid edir.
Tarix: 21-08-2023, 09:02
Xəbəri paylaş





Xəbər lenti