Hörmüz boğazında gərginlik - İran qayıqları ABŞ gəmisini mühasirəyə alıb


Hörmüz boğazında gərginlik - İran qayıqları ABŞ gəmisini mühasirəyə alıb"TCG Anadolu" gəmisi

"Tasnim" xəbər agentliyinin verdiyi məlumata görə, Hörmüz boğazında Amerikaya məxsus “USS Bataan” hərbi gəmisi İrana məxsus döyüş gəmiləri tərəfindən mühasirəyə alınıb və qayıqlar ABŞ təyyarə daşıyan gəminin ətrafında dövrə vurublar.

Bizimyol.info xəbər verir ki, yerli media, 17 avqust tarixli qeyddə "USS Bataan" hərbi gəmisinin mühasirəyə alındığını, hadisə zamanı Amerika donanmasına aid və 4 min əsgəri daşıyan "USS Carter Hall" desant gəmisinin bölgədə olduğunu bildirib.
Tasnim, "USS Bataan"dan havaya qalxan Amerika helikopterinin İran pilotsuz təyyarələrinin səmada uçması səbəbindən gəmiyə qayıtmalı olduğunu açıqlayıb. Yarı-rəsmi agentliyin yaydığı görüntülər arasında Amerika helikopter daşıyıcısının dronla çəkilmiş fotoşəkili də var.
İranın Fars körfəzində bəzi neft tankerlərini ələ keçirməsi ilə bağlı son vaxtlar Yaxın Şərqdə gərginlik artıb, ABŞ isə uzun müddətdən sonra döyüş gəmiləri ilə bölgəyə qayıdıb.
Vaşinqton hələlik Hörmüz boğazında baş verənləri şərh etməyib. ABŞ ordusunun rəsmi saytında avqustun 17-də çəkilmiş fotolar diqqət çəkib. Hərbi gəminin üstündə uçan iki Amerika "F-35" təyyarəsi xüsusilə "USS Bataan"ın diqqət mərkəzində olduğu kadrlarda xüsusi işarələnib.
Tarix: 21-08-2023, 23:07
Xəbəri paylaş





Xəbər lenti