Putin BRİKS sammitində videoformatda və başqasının səsilə çıxış edib

Putin BRİKS sammitində videoformatda və başqasının səsilə çıxış edib
"Beynəlxalq iqtisadi həyatın hələ bu yaxınlaradək sarsılmaz görünən bütün baza və qaydaları pozulur..."
"Rusiya bizə qarşı tətbiq edilən sanksiyalara rəğmən Afrikaya məsul tədarükçü kimi qalacaq..."
 
Bu gün Yohannesburqda dövlətlərarası BRİKS birliyi liderlərinin sammiti öz işinə başlayıb.
 
Moderator.az xəbər verib ki, bu barədə "ura.news" nəşri məlumat yayıb.
 
Bu ittifaqa Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.
 
Bundan başqa, dəvət edilən 67 dövlətdən 34-ü sammitdə öz iştirakını təsdiq edib. Bunlar Belarus, Əlcəzair, Argentina, Kuba, Misir, Qazaxıstan, Nigeriya, Səudiyyə Ərəbistanı və başqa dövlətlərdir.
 
Sammitin aşılışında Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, BRİKS işgüzar forumun iştirakçılarına videoformatda müraciət edib. Onun nitqi rus dilində başqasının səsilə dublyaj edilib.
 
Bunun nədən baş verdiyi bəlli deyil. Kremlin saytında Putinin çıxışı qəribə dublyajsız dərc edilib. Öz çıxışında Rusiya prezidenti bir neçə mövzuya toxunub.
 
Dövlətlərarası birliyin məqsədləri:
 
"Biz bərabərhüquqlu, tərəfdaşlıq dəstəyi, bir-birimizin maraqlarına hörmət prinsipləri əsasında əməkdaşlıq edirik və bu, dünya birliyinin qlobal əksəriyyət adlandırılan əsas hissəsinin istəklərinə cavab verən və gələcəyə yönələn strateji kursu, bizim birliyimizin mahiyyətini təşkil edir".
 
Dünyada iqtisadi vəziyyət
 
"Beynəlxalq iqtisadi vəziyyətə həm də qeyri-legitim sanksiyalar praktikası, suveren dövlətlərin aktivlərinin qanunsuz dondurulması ciddi neqativ təsir göstərir. Mahiyyətcə bu, iqtisadi həyatın hələ bu yaxlınlaradək sarsılmaz görünən bütün baza norma və qaydalarının pozulmasıdır".
 
Dollarsızlaşdırma
 
"Bizim təsərrüfat əlaqələrimizin obyektiv və dönməz olan dollarsızlaşdırması prosesi sürətlənməkdədir. BRİKS çərçivəsində ixrac-idxal əməliyyatlarında dolların payı aşağı düşür. Ötən il bu, cəmi 28, 7 faiz təşkil edib. Şübhəsiz, burada yeni BRİKS inkişaf bankının rolu böyükdür".
 
Taxıl sövdələşməsi və Rusiya kənd təsərrüfatı məhsullarının Afrikaya tədarükü
 
"Rusiya taxılının sanksiyalar altından çıxarılması və dünya bazarlarına tədarükü üzrə sövdələşmənin şərtlərindən biri də, hətta söhbət sırf humanitar missiyadan-təmənnasız tədarükdən gedəndə belə həyata keçirilməyib. 
 
Bizim ölkəmiz bizə qarşı tətbiq edilən, logistikanı, sığortanı və bank ödəmələrini xeyli dərəcədə mürəkkəbləşdirən sanksiyalara rəğmən, Afrikaya məsul tədarükçü kimi qalacaq. Rusiyayaya taxılın xaricə tədarükü üçün qəsdən maneələr törədilir, bu zaman riyakarcasına ittiham edilir".
 
Xatırladaq ki, sammitdən öncə onun keçirildiyi və tədbirlərdə Rusiya prezidentinin şəxsən iştirak edəcəyi gözlənilən ölkə olan CAR hakimiyyəti Beynəlxaq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verilməsi səbəbindən mürəkkəb vəziyyətlə üzləşib.
 
Məhkəmənin yurusdiksiyasını tanıyan ölkə kimi CAR orderi icra etməyə və ölkəyə gələcəyi təqdirdə Kreml rəhbərini həbs etməlidir.
 
Sammitin başqa dövlətdə keçirilməsinə cəhd edilib, o cümlədən iyun ayında Çində keçirilməsi barədə söhbət olub. 
 
Sonradan iyul ayında CAR prezidenti Siril Ramafosa şəxsən iştirak edəcəyi təqdirdə Rusiya prezidentini həbs etməmək üçün BCM-dən icazə istəyib, çünki bu, faktiki olaraq Rusiyaya müharibə elan etmək anlamına gələrdi.
 
Bundan sonra Putin görüşdə şəxsən iştirak etməkdən boyun qaçırıb və özünün əvəzinə sammitə Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılığı ilə nümayəndə heyəti göndərib.
Tarix: 23-08-2023, 08:49
Xəbəri paylaş





Xəbər lenti