Priqojinin ölümü: Milyarderlər qorxuya düşdülər

Priqojinin ölümü: Milyarderlər qorxuya düşdülər


Rusiya elitası Priqojinin ölümündən sonra öz həyatları üçün qorxmağa başlayıblar və onun ölümünü siqnal kimi qəbul ediblər.
Siam.az  xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Rusiyalı milyarderlərdən biri nəşrə açıqlamasında özünün təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görməyə başladığını deyib.
“Biznes elitasının digər nümayəndələri arasında müharibə əleyhinə fikir söyləmək də azalıb. Düşünürəm ki, bundan sonra heç kim müharibə əleyhinə danışmaq istəməyəcək. İndi hər kəs risklərin nə olduğunu başa düşməlidir. Və bu risklər nəhəngdir”, - milyarder bildirib./axar.az/
Tarix: 25-08-2023, 17:58
Xəbəri paylaş





Xəbər lenti