Rus neonasistləri Ukraynada döyüşməkdən imtina edirlər

Rus neonasistləri Ukraynada döyüşməkdən imtina edirlər

Rusiyanın “Rusiç” neonasist qruplaşmasının rəhbərliyi "Telegram" kanalında bildirib ki, onların dəstəsi Ukraynada döyüş tapşırıqlarını yerinə yetirməyi dayandırır.

Bizimyol.info xəbər verir ki, bu qərara səbəb təşkilatın yaradıcılarından və rəhbərlərindən birinin - xüsusilə təhlükəli hərbi cinayətkar, “Slavyan” çağırışı ilə tanınan Yan Petrovskinin həbsi olub.
“Slavyanla bağlı vəziyyət bizə lazım olan istiqamətdə həll olunana qədər "Rusiç" istənilən döyüş tapşırıqlarını yerinə yetirməyi dayandırır. İstirahət etmək və yığılan işləri həll etmək üçün vaxt olacaq. Əgər bir ölkə öz vətəndaşını qoruya bilmirsə, niyə vətəndaşlar ölkəni qorumalıdır?”, - qrupun açıqlamasında deyilir.
Finlandiya polisi Petrovskini 2014-2015-ci illərdə Ukraynanın Donetsk və Luqansk vilayətlərində terror cinayətləri törətməkdə şübhəli bilinərək saxlayıb.
Tarix: 26-08-2023, 16:43
Xəbəri paylaş





Xəbər lenti