ABŞ-da iki deputat Kiyevə əlavə maliyyə verilməməsini təklif edib

ABŞ-da iki deputat Kiyevə əlavə maliyyə verilməməsini təklif edibABŞ Konqresi

ABŞ senatoru Cey-di Vance (Ohayo) və Konqresinin Nümayəndələr Palatasını üzvü Çip Roy (R-Texas) bildiriblər ki, administrasiya Ukrayna münaqişəsi ilə bağlı strategiyasını onlara izah etməyənə qədər qanunvericilər Kiyevin əlavə maliyyə tələbini təsdiqləməməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "Politico" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Vance və Roy həmkarlarını Ukraynaya əlavə hərbi yardımı dəstəkləməkdən imtina edən məktub imzalamağa çağırıb və Ağ Evdən Kiyevlə bağlı gələcək planlarına aydınlıq gətirməsini tələb ediblər.
“Bizim strategiyamız nədir və prezidentin mövcud vəziyyətdən çıxmaq planı nədən ibarətdir? Bu sualların cavabını bilmədən bu tələbi təsdiqləmək onun Konqresdəki ofisindən istefa verməsi qədər absurd olardı. Bu və digər səbəblərə görə biz Ukraynadakı münaqişənin əlavə maliyyələşdirilməsinin əleyhinəyik”, - deyə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Şalanda Yanqa göndərilməsi planlaşdırılan məktubda deyilir.
"Amerika xalqının dövlətin pullarının haraya xərcləndiyini bilmək hüququ var", - deyə "Politico"ya daxil olan məktubda belə deyilir.
Avqustun 10-da Vaşinqton administrasiyası Konqresdən ABŞ-da sentyabrın 30-da başa çatacaq 2023-cü maliyyə ilində federal büdcədən əlavə xərc kimi Kiyevə 13 milyard dollar təcili hərbi yardım, o cümlədən Ukraynaya və bəzi digər ölkələrə iqtisadiyyat, eləcə də təhlükəsizlik sahəsində kömək üçün 8,5 mlrd ayrılmasını tələb edib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bununla bağlı bildirib ki, Ağ Evin müraciəti Vaşinqtonun Kiyevə “son ukraynalıya qədər” kömək etmək istəyini nümayiş etdirir, "lakin Amerika tərəfinin Moskvanı məğlub etmək cəhdləri uğursuzluğa məhkumdur".
Tarix: 26-08-2023, 16:50
Xəbəri paylaş





Xəbər lenti