Şimali Koreya sərhədləri açdı





Şimali Koreyada koronavirusa görə xaricdə yaşayan vətəndaşların ölkəyə qayıtmasına qoyulan qadağa ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki ölkə vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”, - Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahın yaydığı bəyanatda deyilir.
Qeyd edilib ki, qayıdanlar bir həftə tibbi müşahidə üçün təcrid olunacaqlar.
Xatırladaq ki, COVID-19 ilə bağlı bu ölkədə sərhədlər üç ildən çoxdur bağlıdır.
Tarix: 27-08-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti