Rusiya Xersonu bombaladı – Ölən və yaralanan var


Rusiya ordusu Xerson vilayəti ərazisini növbəti dəfə atəşə tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin öz Teleqram kanalında məlumat yayıb.O bildirib ki, nəticədə bir qadın ölüb, bir kişi yaralanıb.
Prokudin, həmçinin bildirib ki, düşmən son sutka ərzində bölgəyə minaatan, artilleriya, tank, Qrad və pilotsuz təyyarələrdən 272 mərmi atıb.
UNIAN yazır ki, Xerson Rayon Prokurorluğunda qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) və müharibə qanunlarının pozulması faktları üzrə ibtidai istintaq başladılıb.
Tarix: 27-08-2023, 22:49
Xəbəri paylaş





Xəbər lenti