Rusiyada benzin və dizel kəskin bahalaşdı - SON DƏQİQƏ

Rusiyada benzin bir həftədə 26 qəpik, dizel isə 81 qəpik bahalaşıb.
Avqustun 21-dən 28-dək olan həftə ərzində Rusiyada benzinin orta qiyməti 26 qəpik - litri 54,54 rubl, dizelin bir litrinin qiyməti isə 81 qəpik artaraq 60,84 rubl təşkil edib.
Oxu24.com xəbər verir ki,bu barədə Rosstat-ın məlumatında deyilir.
Qeyd olunur ki, A-92 markalı benzinin qiyməti 19 qəpik - 50,42 rubla qədər, A-95 markalı benzinin qiyməti 22 qəpik artaraq 55,07 rubla, A-98 markalı benzinin qiyməti 55 qəpik artaraq 66 rubl olub.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, bu gün daxili Rusiya bazarında yanacaq qıtlığı yoxdur.
Avqustun 30-da Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasında Aİ-95 markalı benzinin qiyməti çərşənbə günü ticarətin yekunlarına əsasən, yenidən tarixi rekordunu yeniləyərək ton üçün 74 min rubl həddinə yaxınlaşıb.
Bundan əvvəl bildirilmişdi ki, Rusiyada avqust-sentyabr aylarında tədarük edilən benzin və dizelin birja qiymətləri öz yüksək səviyyələrini yeniləyib. Mütəxəssislər bunu hökumətin neftçilərə ödənişləri iki dəfə azaltmaq qərarı ilə əlaqələndirirlər.
Avqustun 25-də məlum olub ki, daxili tələbatın yüksək olması səbəbindən Rusiya neftinin ixracının həcmi son 15 aylıq minimuma yaxınlaşıb.
Tarix: 30-08-2023, 22:57
Xəbəri paylaş





Xəbər lenti