Ukrayna ordusu rusların mövqelərinə 11 zərbə endirdi

Ukrayna ordusu rusların mövqelərinə 11 zərbə endirdi
Ukrayna ordusu gün ərzində rus hərbçilərinin şəxsi heyətinin və silahlarının cəmləşdiyi ərazilərə 9 zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə doqquz, düşmənin zenit-raket komplekslərinə iki zərbə endirib”, – məlumatda deyilib.
Baş Qərargahdan həmçinin bildirilib ki, ruslar gün ərzində Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 2 raket və 34 hava zərbəsi endirib, reaktiv yaylım atəşi sistemlərindən 42 dəfə atəşə tutulub.
Tarix: 2-09-2023, 23:11
Xəbəri paylaş





Xəbər lenti