“Bir həftə ərzində 8 itki vermişik” – Erməni deputat


“Bir həftə ərzində Ermənistan silahlı qüvvələri 8 itki verib: 3 döyüş, 5 qeyri-döyüş”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Milli Assambleyanın “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan “Facebook” səhifəsində yazıb.
“Hazırda döyüş qurbanları mövzusuna baxmıram, çünki hazırda vəziyyət gərgindir, söhbət başqa təhlildən gedir. Bir həftə ərzində təhlükəsizlik pozuntularından tutmuş şəxsiyyətlərarası problemlərə qədər müxtəlif şəraitdə 5 itki ilə üzləşdik. Tağım, rota, batalyon dairələrində müxtəlif vəzifələrdə olan komandirlərin sərt töhmətləri, işdən çıxarılması məni qane etmir, çünki əsas problem o dairədə deyil. Qeyri-döyüş itkilərinin sayı artır və paralel reallıqda hökumət generallar, ulduzlar, vəzifələr paylayır”, - Abramyan bildirib.
O, bütün bunların günahını Baş nazir Nikol Paşinyanda gördüyünü qeyd edib:
“Təbii ki, yekun hesablamada o yerə gəlirik ki, əgər Paşinyan müharibə dövrünün baş komandanıdırsa, o zaman bütün bunlar, təəssüf ki, tamamilə izah oluna bilər.
Və hər zaman Nikolun hərbi qulluqçular tərəfindən qarşılanaraq yola salındığı son regional əyləncəsini xatırlayıram. Bu dayanmayacaq, hər şey dəyərsiz olub xarabalığa çevrilənə qədər hərbçidən tutmuş ən yaxın komanda yoldaşına qədər hər kəsi daim aşağılamağa çalışacaq.
Nəticə isə onların hakimiyyətinin bütün dövründə yaşanılan insan və ərazi itkiləri, ağrı və iztirabların davam etməsidir”.
Tarix: 3-09-2023, 13:24
Xəbəri paylaş





Xəbər lenti