İraqda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

İraqda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
Şimali İraqın Kərkük şəhərində etiraz aksiyasının dağıdılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

Telekanalın polis idarəsindəki mənbəyə istinadən verdiyi məlumata görə, daha 15 nəfər yaralanıb. Daha əvvəl kürd nümayişçilər arasında 3 nəfərin öldüyü, 16 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Telekanalın məlumatına görə, eyniadlı əyalətdə şənbə günü axşam saatlarında tətbiq edilən komendant saatı ləğv edilib, əsas Ərbil-Kərkük yolunda nəqliyyatın hərəkəti bərpa olunur, şəhərə sakitlik qayıdır. Kərkük Polis İdarəsi bildirib ki, kürd nümayişçilərə atəş açan İraq təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həbs edilib.
Tarix: 3-09-2023, 17:54
Xəbəri paylaş





Xəbər lenti