"Fransanın siyasi elitası sərvətini Afrikadan mənfəət əldə etməklə qazanıb" - Amerikalı kəşfiyyatçı



ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Afrikada baş verən hadisələri Fransanın bölgədəki mövqeyinə təsir edəcək "dekolonizasiya” (müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik və suverenitetin verilməsi) prosesi adlandırıb. 

Siam.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ritterin sözlərinə görə, Fransa uzun müddətdir bölgədə siyasi, iqtisadi və hərbi baxımdan dominantlıq edir. 

Keçmiş kəşfiyyatçının fikrincə, artıq qitə "ayılmağa başlayır”: "Afrikalılar başa düşməyə başlayırlar ki, Mali, Burkina Faso, Qvineya, Niger, Qabon və ya başqaları yoxsulluq və daxili xaos içərisində yaşayır, siyasi və iqtisadi elitalar isə çiçəklənir".

O, həmçinin hesab edir ki, Fransanın siyasi elitası bunun nəticələri ilə üzləşəcək, çünki onlar öz sərvətlərini Afrikadan daim mənfəət əldə etməklə qazanıblar. Keçmiş zabit vurğulayıb ki, qitədə baş verən hadisələr Fransa üçün "ekzistensial təhlükə" yaradır.

Qeyd edək ki, bundan əvvəl Niger və Qabonda dövlət çevirilişi olub, hərbçilər hakimiyyəti ələ keçirib.
Tarix: 3-09-2023, 23:14
Xəbəri paylaş





Xəbər lenti