Roma papası Rusiyanın işğalçılıq rəmzi olan “Z” işarəli papamobildə...- NİYƏ?..-FOTO

Roma papası Rusiyanın işğalçılıq rəmzi olan “Z” işarəli papamobildə...- NİYƏ?..-FOTO
Polşanın həftəlik ictimai-siyasi “Wprost” qəzeti üz qabığında bəlağətli kollaj dərc edərək Vatikan rəhbəri, Roma Katolik kilsəsinin başçısı Papa Fransiskin işğalçı Rusiya imperiyası ilə “mazaqlaşma”sını ələ salıb.
 
Moderator.az bu haqda "TSN"-ə istinadla məlumat yayıb.
 
Belə ki, bazar günü, sentyabrın 3-də “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yeni buraxılışın anonsu peyda olub.
 
Üz qabığında pontifik rus tankının şassisi üzərinə quraşdırılmış  və üstündə Putinin svastikası adlanan, Rusiya təcavüzünün simvolu  olan “Z” işarəsi olan “papamobil”də təsvir edilib. Papanın möminləri salamladığı bu nəqliyyat yaşayış binalarının xarabalıqları fonunda küçə ilə keçir...
Bu cür acı istehzaya səbəb Roma Papası Fransiskin Sankt-Peterburqda katolik gənclərinin Ümumrusiya toplantısının iştirakçıları qarşısında çıxışı olub. Orada o, rusları “Böyük imperiyanın, böyük ana Rusiyanın varisləri” adlandırıb.
 
Sözügedən anonsdan sonra Vatikan sözçüsü bildirdi ki, pontifik “gəncləri böyük rus mədəni və mənəvi irsində müsbət olan hər şeyi qorumağa və təbliğ etməyə təşviq etmək niyyətindədir və şübhəsiz ki, burada məqsəd imperialist məntiqi və dövlət məmurlarını ucaltmaq deyil”.
 
Xatırladaq ki, Papa Fransisk Monqolustana səfəri zamanı Monqol İmperiyasından da gələn ənənələrə əməl etməyə çağırıb.

Tarix: 4-09-2023, 10:19
Xəbəri paylaş





Xəbər lenti