Ermənistan qarışacaq - Rusiya Paşinyanı cəzalandırmaq qərarı verdi

Ermənistan qarışacaq
Ermənistanın Qərbə meyillənməsi Rusiyada narahatlıqla qarşılanır. Üstəlik Ermənistanın NATO-ya inteqrasiya etməsi Rusiyanı əməlli-başlı özündən çıxara bilər.

Siam.az KONKRET.az-a istinadla xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, Ermənistan NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu proses gələcəkdə də inkişaf etdiriləcək:

“Bildiyiniz kimi, NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Fehlinger Ermənistanı Şimali Atlantika Alyansına qoşulmağa çağırıb. Biz NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edirik və bu prosesi davam etdirməyə hazırıq”.

Nikol Paşinyanın İtaliya mətbuatına son müsahibəsində toxunduğu məsələyə münasibət bildirən XİN müavini bildirib ki, Ermənistanla Rusiya arasında problemlər mövcuddur:

“Ermənistan-Rusiya münasibətlərinə və müşahidə etdiyimiz problemlərə gəlincə, onlar dəfələrlə müzakirə olunub, xüsusən 2022-ci ilin sentyabrında biz Rusiyadan və KTMT-dən daha adekvat reaksiya gözləyirdik”, – deyə nazir müavini bildirib.

Xatırladaq ki, Rusiya Nikol Paşinyanın son çıxışından narazıdır. Narazılığa səbəb Paşinyanın İtaliya mətbuatına verdiyi müsahibədir. Burada Ermənistan rəhbərliyinin açıq bəyanatlarına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhə də istinad edilir. Mənbənin bildirdiyinə görə, Moskva “öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyəti ilə onları ton və məzmun baxımından qəbuledilməz hesab edir”.

Həmçinin qeyd edilib ki, Qərb onlardan Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırılıb çıxarılmasında vasitə kimi istifadə edir. TAAS-ın yaydığı məlumatda bildirilir ki, Rusiya Ermənistanı tərk etmək niyyətində deyil və bununla belə İrəvan Qərbin əlində alətə çevrilməkdən yayınmalıdır. Xatırladaq ki, sentyabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılılığın yanlış olduğunu bildirib. Paşinyan bir qədər əvvəl isə qeyd etmişdi ki, Rusiya Cənubi Qafqazdakı hərəkətsizliyinə görə Ermənistandan uzaqlaşır. Ermənistan Baş naziri bunun səbəblərini anlamadığını deyib.
Tarix: 4-09-2023, 22:21
Xəbəri paylaş





Xəbər lenti