Ərdoğan: "Ukraynada sülhün bərqərar olması ilə bağlı heç bir perspektiv yoxdur"

Ərdoğan: "Ukraynada sülhün bərqərar olması ilə bağlı heç bir perspektiv yoxdur"Rəcəb Tayyib Ərdoğan

"Türkiyə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi prosesini asanlaşdırmağa çalışmağa davam edəcək".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putinlə danışıqlar apardığı Soçidən qayıdarkən öz təyyarəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz əsirlərin dəyişdirilməsi və Zaporojye atom elektrik stansiyası (AES) ilə bağlı vəziyyət kimi məsələlərdə vasitəçi rolunu oynamağa davam edəcəyik. Ümid edirik ki, həm qonşularımıza, həm də bütün regionumuza zərər verən bu müharibə ən qısa zamanda beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhlə başa çatacaq”, - deyə "TRT Haber" telekanalı dövlət başçısına istinadən məlumat verib.
O əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsi, təəssüf ki, il yarımdır ki, davam edir və üfüqdə sülhə nail olmaq üçün heç bir perspektivli işıq görünmür. “Problemi daha da gücləndirmək və gərginliyi artırmaq əvəzinə, hər iki tərəfi görüşdürməyə cəhd edirik. Tərəflər xahiş etdikdə Türkiyə öz töhfəsini verməyə hazırdır”, - deyə prezident bildirib.
Ərdoğan Soçidəki danışıqlarda Putinlə digər regional məsələləri də müzakirə etdiyini bildirib. “Biz həmçinin Suriya, Cənubi Qafqaz, Liviya və Afrikadakı son hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bu təmaslar Türkiyə, Rusiya və regionumuz üçün faydalı olacaq”, - deyə Türkiyənin dövlət başçısı qeyd edib.
Liderlərin danışıqları bazar ertəsi Soçidə baş tutub. Birgə mətbuat konfransında o, Ankaranın Ukrayna məsələsində vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Bundan əlavə, o, Kiyevi taxıl müqaviləsi ilə bağlı mövqeyini yumşaltmağa çağırıb.
Tarix: 5-09-2023, 16:52
Xəbəri paylaş





Xəbər lenti