USQ-nin Rusiya müdafiəsini yarma ehtimalı nə qədərdir? - ABŞ kəşfiyyatçısı


ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Təhlil direktoru Trent Mol bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya müdafiəsinin yarma ehtimalı 40-50% təşkil edir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Economist”ə müsahibəsində deyib.

Mol bildirib ki, Rabotino bölgəsində irəliləyiş Ukrayna Silahlı Qüvvələrinə ilin sonuna qədər Rusiyanın bütün müdafiə xətlərini yarmaq üçün real imkan verir.
Bununla belə, o, məhdud silah-sursat və pisləşən havanın tapşırığı "çox çətinləşdirəcəyi" barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu il sıçrayış əldə edə bilməsə, amma Rabotino ətrafında mövqe ərazisini genişləndirə, mövqeləri qoruya və sursat axınını təmin edə bilsə, Ukraynanın 2024-cü ildə yeni sıçrayış üçün hər cür imkanı olacaq.
Mol vurğulayıb ki, müdafiə xətlərini yaradan rusiyalı general Sergey Surovikin, eləcə də yaraqlıları son bir ildə ən nəzərəçarpacaq nəticələr əldə etmiş "Vaqner”in lideri Yevgeni Priqojin döyüş meydanından kənardırlar - birincisi vəzifəsindən qovulub və ikincisi isə təyyarə qəzasında ölüb.

Amerikalı kəşfiyyatçı bildirib ki, onun nikbinliyi Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki son uğurları ilə bağlıdır.

"Əgər bu barədə iki həftə əvvəl danışsaydıq, daha pessimist olardım", - Mol vurğulayıb.

Nəşr yazır ki, eyni zamanda, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrindən birinin sözlərinə görə, Ukraynada hücumun kulminasiya nöqtəsinə çatmasına təxminən altı-yeddi həftəlik döyüş əməliyyatları qalıb.
Tarix: 7-09-2023, 23:02
Xəbəri paylaş





Xəbər lenti