Ermənistanda rusiyapərəst jurnalist və bloqeri həbs ediblər


Ermənistanda rusiyapərəst jurnalist və bloqeri həbs ediblər

Ermənistan İstintaq Komitəsi “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan və rusiyapərəst bloger Mikael Badalyanı ilkin 72 saat ərzində saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Gevorkyanın vəkili Liana Qriqoryan məlumat verib.
"Aşot Gevorkyan və Mikael Badalyan Gorisin İstintaq İdarəsindədirlər, onlar 72 saat həbs olunublar. Müdafiə tərəfi hesab edir ki, onların irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur", - deyə o qeyd edib.
İstintaq Badalyan və Gevorqyanı qanunsuz silah alverində ittiham edir, yerli media yazır ki, təhlükəsizlik qüvvələri guya onların maşınında silah tapıblar.
"Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov bundan əvvəl Telegram kanalında Badalyanın Gorisdə yoxa çıxması barədə məlumat vermişdi: "İrəvandakı yaxın dostlarımdan indicə mənə xəbər verdilər ki, rusiyayönlü bloqqer və fəal Mika Badalyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorisdəki otelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb", - o yazdı.
Primakovun sözlərinə görə, erməni kilsəsinin yerli keşişi qaçırılma hadisəsinin şahidi olub. "Rossotrudniçestvo" rəhbəri Badalyanın daha əvvəl həbs olunduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, bloqqer hətta həbsxanada da olub. Primakov qeyd edib ki, bir çoxları Badalyana qarşı irəli sürülən ittihamları siyasi iddia kimi şərh edir.
Primakovun əlavə etdiyi məlumata görə, oğurlanmadan bir gün əvvəl bloqqer özünün radio proqramında müxalifət nöqteyi-nəzəri ilə kifayət qədər sərt danışıb və Ermənistan hökumətini cənab Badalyanın hesab etdiyi kimi, anti-Rusiya siyasətinə görə tənqid edib: “Mən düşünmək istəməzdim ki, Badalyanın oğurlanmasının onun radiodakı çıxışı ilə əlaqəsi var”. - deyə Primakov qeyd edib.
O, respublikanın səlahiyyətli orqanlarının vəziyyəti dərhal yoluna qoyacağına ümid etdiyini bildirib.
Tarix: 8-09-2023, 08:47
Xəbəri paylaş





Xəbər lenti