"Putin həm insan, həm də siyasətçi kimi çoxdan tükənib" - Zelenski


"Ukrayna üçün bu, müsbət haldır, çünki daha bir terrorçu azalmış oldu..."
 
Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Kreml rəhbəri Vladimir Putinin "Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümündə əli var.
 
Moderator.az xəbər verir ki, bu barədə "BBC-nin rus xidməti" yazıb.
 
Putin həm insan, həm də siyasətçi kimi çoxdan tükənib. Priqojini də o, öldürüb və bizdə bu barədə məlumat var", - nəşr Zelenskidən iqtibas gətirib.
 
Kiyevdə "Yalta" sammitində çıxış edərkən, Ukrayna lideri belə məlumatın haradan qaynaqlandığını dəqiqləşdirməyib, amma qeyd edib ki, Priqojinin ölümü Ukrayna üçün müsbət haldır, çünki "daha bir terrorçu azalmış oldu".
 
"Rusiyalıların mənəvi ruhu çöküb, çünki onlar vaqnerçilərin arxasında gizlənib, onları ön cəbhəyə atıb, onlara geriyə dönmək olmazdı. Düşünürəm ki, onlar muzdluların, vaqnerçilərin həyatı bahasına olan bu müdafiəni itiriblər, bizim üçün bu, müsbət məqamdır", - Zelenski izah edib.
 
Xatırladaq ki, Priqojinin istifadə etdiyi "Embraer Legacy 600" özəl təyyarə avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçuş həyata keçirib.
 
Yerli vaxtla saat 18:20-də təyyarə Tver vilayətində qəzaya uğrayıb. Uçuş vərəqəsinə uyğun olaraq, təyyarədə 10 nəfər sərnişin olub.
 
Bunlar "Vaqner qrupu" təsisçisinin özü, qruplaşmanın əsas komandirləri Dmitri Utkin və Valeri Çekalov, dörd nəfər muzdlu və üç nəfər ekipaj üzvü-iki pilot və stüardessa olub.
 
Üç gündən sonra Rusiya İstintaq Komitəsi həlak olanların şəxsiyyətlərini təsdiq edib.
 
Priqojinin ölümü barədə xəbər bir neçə gün ərzində xarici KİV-lərin ilk səhifələrində işıqlandırılıb.
 
Ən çox müzakirə edilən versiya Priqojinin təyyarəsinin məhv edilməsi barədə əmrin şəxsən Putin tərəfindən verilməsi olub. Kreml təyyarə qəzasında əli olmadığını idda edib.
 
O cümlədən Kremlin mətbuat katibi Dmitri Peskov avqustun 25-də BBC-nin sualını cavablandırarkən, Qərb ölkələri nümayəndələrinin Priqojinin "Kremlin sifarişi ilə" qətlə yetirilə biləcəyi barədə bəyanatlarını "tamamilə yalan" adlandırıb.
 
Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) rusiyalı blogerlərin məlumatlarına əsaslanaraq, Priqojinin ölümündə maraqlı olan digərlərin adlarını açıqlayıb.
 
Bunlar Rusiyanın Müdafiə Nazirliyi və güc strukturlarıdır. Lakin analitiklər istisna etmir ki, bunlar Putinin nüfuzunu "təmizə çıxarmaq" cəhdi də ola bilər.
Tarix: 9-09-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti