Amerika Mərkəzi Kəşfiyyatı rus bürokratlara casusluq təklifi etdi – Ortalıq qarışdı

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) rus bürokratlara çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan video çarxda rus yetkililərə Ukrayna savaşı ilə bağlı bildiklərini anlatmaqları təklif edilib.
Çağırış Ukrayna müharibəsini təsdiqləməyən rus vəzifəlilərə edilib.Çağırış Rusiyanı hərəkətə keçirib. Paylaşılan videoda CİA ilə necə əlaqəyə keçəcəkləri də anladılıb.“Yalançı yaltaqlarla dolu bu sistem haqqında doğrunu söyləmək istəyənlərə çağırış edirik. CİA Rusiya haqqında gerçəkləri bilmək istəyir. Bu gerçəkləri anlada biləcək etibarlı adamlar axtarırıq. Bilgiləriniz düşündüklərinizdən daha dəyərli ola bilər, – deyə CİA bildirib.
Çağırışdan sonra bu addım vəzifəli rus bürokratların pul qarşılığında Ukrayna savaşı ilə bağlı casusuluq etməyə dəvət kimi dəyərləndirilib.
Tarix: 9-09-2023, 22:53
Xəbəri paylaş





Xəbər lenti