Nəhayət gələn həftə Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək. Bütün bunlar təkcə Moskvanı deyil, Kremlə yaxın erməniləri də bərk narahat edir. “Russia Today” telekanalının rəhbəri, milliyyətcə erməni olan Marqarita Simonyan baş verənlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, televiziya kanalında çıxışı zamanı açıq şəkildə Rusiyanın tərəfini tutduğunu deyib.
O, xatırladıb ki, İrəvan Krım yarımadasını Rusiya ərazisi kimi tanımayıb.
Qeyd edək ki, Simonyan heç vaxt Ermənistanda yaşamayıb. Ötən ildən Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. Buna səbəb Simonyanın Paşinyan hökumətinin sərt tənqid etməsi olub.
İkinci Qarabağ müharibəsindən sonra isə Simonyan Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək Telegram kanalında “Cəhənnəmdə yan, ifritə! Cəhənnəmdə yan, ey əclaf!” sözlərini yazmışdı.
Simonyan etiraf edib ki, həyatında cəmi iki dəfə Ermənistanda olub. O, qeyd edib ki, indiki hakimiyyətin dövründə Ermənistana getməyəcək.