Kiprdə insident: BMT hərbçisi türk əsgərini vurdu

Kiprdə insident: BMT hərbçisi türk əsgərini vurdu
BMT sülhməramlıları ilə Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizlik qüvvələri arasında gərginlik baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə dünən günorta saatlarında sərhəd zastavasının yaxınlığında olub. Demilitarizasiya zonasında sərhəd kimi tanınan Burhan Tan küçəsi ərazisində Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizlik qüvvələrinin əsgərləri ilə BMT hərbçiləri arasında toqquşma yaşanıb. BMT sülhməramlılarından biri türkiyəli əsgəri yumruqla vurub.

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu isə hadisəyə sərt şəkildə müvafiq cavab verəcəklərini deyib. BMT-nin Kiprdəki sülhməramlı qüvvələrinin rəsmi nümayəndəsi Alim Siddik də bu hadisə ilə bağlı araşdırmalara başlanıldığını vurğulayıb.
Tarix: 12-09-2023, 16:32
Xəbəri paylaş





Xəbər lenti