Nikol Paşinyan nədən Rusiyaya qarşı CƏBHƏ AÇIR?


Asif Nərimanlı: "Burada birdən çox versiya ön plana çıxır, lakin Rusiyaya qarşı cəbhə açan Ermənistanı hansı ölkənin qoruyacağı sual altındadır"
"Nikol Paşinyanın “Ermənistan artıq özünü qorumaq üçün Rusiyaya arxalana bilməz” sözləri Moskva-İrəvan xəttində hər iki ölkə liderinin daha öncəki açıqlamalarında gizlətməyə çalışdıqları qarşıdurmanın ritorik yox, real olduğunu göstərdi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.
Siyasi ekspert qeyd edib ki, Nikol Paşinyan Rusiyadan xilas olmaq istədiklərini açıq şəkildə elan edir: "Və məsələnin heç də erməni baş nazirin qeyd etdiyi kimi, “Ukrayna müharibəsi nəticəsində Rusiya imkanlarının zəifləməsi”ndən və İrəvanın fürsətdən istifadə etməsindən ibarət olduğu inandırıcı görünmür. Çünki Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə təsir edə biləcək imkanları hələ də mövcuddur".
"Paşinyan Rusiyaya qarşı niyə cəbhə açır" sualını cavanlandıran Asif Nərimanlının fikrincə, burada birdən çox versiya ön plana çıxır: "Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir; Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın iradəsindən kənar qərar verilib: Rusiya və Türkiyənin regional məsələləri aktivləşdirməsi, İranın müəyyən yumşalmalarının olması və s. bölgədə yeni və daha böyük proseslərin ola biləcəyi gözləntisini artırır; Qərb Rusiyaya qarşı “ikinci cəbhəni” Gürcüstan üzərindən açmağa nail ola bilmədikdən sonra bu planını Ermənistan üzərindən aktivləşdirir və bunun qarşılığında İrəvana vədlər verilib. Hər üç versiya mümkün görünür. Hərçənd, Rusiyaya qarşı cəbhə açan Ermənistanı hansı ölkənin qoruyacağı da sual altındadır".
Tarix: 14-09-2023, 23:25
Xəbəri paylaş





Xəbər lenti