"Kadırovun vəziyyəti ağırdır" - BKİ

"Kadırovun vəziyyəti ağırdır" - BKİRamzan Kadırov və Vladimir Putin

"Çeçenistan rəhbəri Ramzan Kadırovun vəziyyəti həqiqətən də ağırdır".

Bizimyol.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Andrey Yusov Kadırovun hazırda komada olması ilə bağlı məlumatı şərh edərkən deyib.
“Həqiqətən də, "don" Kadırovun vəziyyətinin ağır olduğu və mövcud xəstəliklərin ağırlaşaraq bu vəziyyətə səbəb olduğu barədə məlumatlar var”, - Yusov Telegram-da qeyd edib.
Bundan əvvəl bəzi ukraynalı ekspertlər Kadırovun Berlində qeyri-standart müalicə alması fikrini ifadə etmişdilər, çünki onun, Putinin göstərişi ilə Rusiyanın Federal Təhlükəsizlik Bürosu tərəfindən zəhərlənə biləcəyi güman edilir. Bu barədə hərbi ekspert Oleq Jdanov danışıb. Çeçenistan liderinin səhhətinin pisləşməsi ilə bağlı şayiələr 2023-cü ilin əvvəlindən yayılmağa başlayıb. "Bild" ilk həyəcan təbili çalanlardan biri olub, Kadırovun fevralın 21-də Putinin Rusiya Federasiyası Federal Məclisinə müraciəti zamanı orada olmadığını qeyd edib.
Ukrayna mətbuatının verdiyi məlumata görə, Ukrayna hərbi kəşfiyyatı rus diktatoru Vladimir Putinin xərçəng xəstəliyinə tutulduğunu bildirib. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "ABC News"a müsahibəsində Kreml rəhbərinin tezliklə və müharibənin bitməsinə qədər öləcəyinə ümid etdiyini bildirib. Budanovun sözlərinə görə, bu, Rusiya liderinə yaxın “insanlardan, mənbələrdən” məlum olub.
Bundan əvvəl rusiyalı politoloq və şərhçi Valeri Solovey Putinin səhhətinin “kəskin şəkildə pisləşdiyini” və bir sıra kritik xəstəliklərdən əziyyət çəkdiyini bildirmişdi. Ekspertin sözlərinə görə, Kreml rəhbərinin bir neçə diaqnozu var, xüsusən də onun çox ağır onkoloji və psixi problemləri var.
Ukraynanın Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç də Rusiya prezidenti Putinin xərçəng xəstəliyinə tutulduğunu dəqiq bildiyini bildirib.
Tarix: 16-09-2023, 09:28
Xəbəri paylaş





Xəbər lenti