5 ölkədən qadağa: Rusiya “ayı pəncəsi əməcək”?

5 ölkədən qadağa: Rusiya “ayı pəncəsi əməcək”?
Finlandiya, Litva, Latviya, Estoniya və Polşa Rusiyadan avtomobillərin ərazilərinə girişinə tam qadağa tətbiq etdiklərini bəyan ediblər. Bu, sual doğurur: Rusiya ilə AB ölkələri arasında yüklər necə daşınacaq? Əvvəllər bağlanmış müqavilələr üzrə hələ də daşınacaq yüklər məsələsi də var.

Siam.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Birinci variant: yalnız AB ölkələrindən olan biznes avtomobillərlə. Yəni onlar pul qazanacaqlar, rus biznesi isə "ayı pəncəsi əməcək"?

İkinci variant: Rusiya da AB ölkələrindən gələn avtomobillərə qadağa qoyacaqmı? O zaman Rusiya özü də sanksiyalar müharibəsini daha da sərtləşdirəcək?

Yaxşı variant yoxdur. Ancaq daha sərt və olduqca sərt davransanız, yaxşı variantlar dərhal öz-özünə görünəcəkdir”, - o bildirib.
Tarix: 17-09-2023, 12:52
Xəbəri paylaş





Xəbər lenti