Moskvaya və Krıma PUA hücumu olub



Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu gecə Moskvaya pilotsuz uçuş aparatından (PUA) hücumu dəf edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
"Bu gecə Hava Hücumundan Müdafiə Qüvvələri İstra rayonunda pilotsuz uçuş aparatının Moskvaya hücumunu dəf edib. İlkin məlumatlara görə, PUA-nın düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir", - deyə Moskva meri qeyd edib.
Ukrayna pilotsuz uçuş aparatları Krıma da hücum edib.


Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ukraynaya məxsus iki PUA Krımın qərb sahillərində vurulub.
Rusiya MN həmçinin Moskva vilayətinin İstra rayonu üzərində Ukraynaya məxsus PUA-nın məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında PUA təhlükəsi ilə əlaqədar “Xalça” planı elan edilib.
Həmçinin Domodedovo və Şeremetyevoda 19 reys gecikib, 3-ü isə ləğv edilib.
Tarix: 17-09-2023, 12:57
Xəbəri paylaş





Xəbər lenti