"Biz Putinə nəfəs almağa imkan verməyəcəyik" - Zelenski


"Sizin səmanız düşündüyünüz kimi yaxşı müdafiə olunmayıb..."
"Ukrayna çökərsə, Putin irəliyə gedəcək, Baltikyanıya, Polşa sərhəddinə çatanda ABŞ nə edəcək?.."
 
"Məhz Rusiya vətəndaşları Putinə görə məsuliyyət daşıyır, onu onlar hakimiyyətə gətirib, dəfələrlə yenidən seçib və ikinci Hitler yetişdiriblər..."
 
"Havanı unudun, zirehli texnika ilə keçilməz yerlərə uçub gedəcəyik, uça bilməsək, dronlar göndərəcəyik..."
 
"Biz bütün dünyanın dəyərlərini müdafiə edirik, biz dünyanı məhv etməklə təhdid edən nüvə dövləti ilə mübarizə aparırıq və bunun ən böyük bədəlini ödəyirik".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CBS telekanalına müsahibəsində bəyan edib.
 
O, əmin olduğunu bildirib ki, indi Rusiyanın təcavüzü dayandırılmasa, bu ölkə hökmən üçüncü dünya savaşını törədəcək.
 
"Əgər Ukrayna çökərsə, Putin mütləq irəliyə gedəcək. Putin Baltikyanıya çatanda Amerika Birləşmiş Ştatları nə edəcək? Polşa sərhəddinə çatanda nə edəcək? Əgər Ukrayna çökərsə, on ildən sonra nə baş verəcək? Sadəcə, bu barədə düşünün. Rusiya Polşaya çatarsa, bundan sonra nə olacaq? Üçüncü dünya savaşı?" - Ukrayna prezidenti sual edib. 
 
Onun fikrincə, məhz Rusiya vətəndaşları dövlətin sükanı arxasında məhz belə hakimin olduğuna görə məsuliyyət daşıyır.
 
"Biz Putini dəyişə bilmərik. Rusiya cəmiyyəti dünyada hörmətdən düşüb. Onlar onu seçib, bir neçə dəfə yenidən seçib və ikinci Hitler yetişdirib. Bunu onlar edib. Biz keçmişə dönə bilmərik. Lakin biz bunu burada və indi dayandıra bilərik", - Zelenski əmin edib və əlavə edib ki, Ukrayna Rusiyanın hücumunu dayandırmaq üçün "dəhşətli bədəl ödəyib".
 
"Dağıdılmış şəhərlər, milyonlarla qaçqın ordusu, minlərlə həlak olanlar-bütün bunlar Vladimir Putinin milli quruculuq sahəsində şöhrətpərəstliyi naminə edilir", - Zelenski qeyd edib.
 
O, bəyan edib ki, Ukrayna Qərb müttəfiqləri tərəfindən verilən silahdan yalnız öz ərazilərində, hazırda Rusiya tərəfindən işğal edilmiş ərazilərdə istifadə edir.
 
"Rusiya bilməlidir ki, harada olmasından, Ukraynaya raket buraxması üçün hansı yerdən istifadə etməsindən asılı olmayaraq, Ukraynanın bu yerlərə cavab zərbəsi endirməyə mənəvi haqqı var. Biz onlara siqnal göndəririk: "Sizin səmanız düşündüyünüz kimi yaxşı müdafiə olunmayıb", - Zelenski deyib.
 
O, həmçinin Ukraynanın əkshücumunun templərini də şərh edib.
 
"Sizinlə açıq danışacağam, vəziyyət çətindir. Təçəbbüsün bizdə olması müsbət haldır. Bu, çox vacibdir. Biz Rusiyanın hücumunu dayandırdıq və əkshücuma keçdik. Buna baxmayaraq, əkshücum ləng gedir. Amma vacib olanı hər gün irəliyə getməyimizdir", - o, deyib və əlavə edib ki, Ukrayna qoşunları imkan daxilində, hətta söhbət yüz metrlərdən getsə belə, irəliyə getməlidir.
 
Zelenski həmçinin əmin edib ki, USQ-nin hücumu bəzi Qərb analitiklərinin payız mövsümü ilə bağlı xəbərdarlıqlarına rəğmən, hava şəraitindən asılı deyil.
 
"Havanı və buna bənzər şeyləri unudun. Zirehli texnika ilə keçilməz yerlərə biz uçub gedirik. Uça bilməyəndə, dronlar göndərəcəyik. Biz Putinə  nəfəs almağa imkan verməyəcəyik", - Zelenski vurğulayıb.
Tarix: 18-09-2023, 23:07
Xəbəri paylaş





Xəbər lenti