Borrell: "Taxıl müqaviləsini bərpa etmək üçün heç bir imkan yoxdur"

Borrell: "Taxıl müqaviləsini bərpa etmək üçün heç bir imkan yoxdur"Jozep Borrel

"İndiki şəraitdə taxıl müqaviləsinə qayıtmaq üçün heç bir imkanın olmadığı qənaətindəyik".

Bizimyol.info xəbər verir ki, bu fikri Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün gəldiyi Nyu-Yorkda keçirdiyi mətbuat konfransında deyib.
“Görünür, razılığa gəlmək imkanı yoxdur”, - deyə o, müvafiq suala cavab verib.
Borrelin sözlərinə görə, Rusiya hakimiyyəti daha əvvəl danışıqlar masasında olan şərtləri irəli sürür.
Eyni zamanda, Aİ-nin xarici siyasət xidmətinin rəhbərinin sözlərinə görə, taxıl sazişinin bərpası bəzi məhdudiyyətlərin və ya sanksiyaların aradan qaldırılmasından ibarət olan bu şərtlərdən asılı deyil. Borrelin sözlərinə görə, Aİ məhdudiyyətləri Rusiyanın ərzaq və gübrə ixracına təsir göstərməyəcək.
Tarix: 19-09-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti