Lavrovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA

 
 
“Ermənistanda Rusiya Federasiyasını sarsıtmağa çalışan güclü qərbyönümlü lobbi var”.
Musavat.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci Sessiyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib.
Lavov Qarabağda baş verən proseslərdən sonra Ermənistanda qərbyönümlü hərəkatlara diqqət çəkib:
“Ermənistanda çoxlu Qərb fond və təşkilatları var. Amerika Birləşmiş Ştatlarının (ABŞ) maraqlarını müdafiə edən bir sıra qeyri-hökumət təşkilatları Rusiyanın təsirini sarsıtmağa çalışır. Orada bu tip təşkilatlar çoxdur”.
Tarix: 24-09-2023, 11:16
Xəbəri paylaş





Xəbər lenti