Ermənistanı iflic vəziyyətinə salacağıq - Manukyan

Ermənistanı iflic vəziyyətinə salacağıq
Ermənistan üç gün ərzində tamamilə iflic vəziyyətinə düşməlidir.

DİA.AZ axar.az-a istinadən xəbər verir ki, bunu İrəvanda genişmiqyaslı mitinqdə çıxış edən Milli Hərəkatın Koordinasiya üzrə Milli Komitəsinin nümayəndəsi Vazgen Manukyan deyib.

"Səhər tezdən - saat 08:00-dan biz itaətsizlik aksiyalarına başlayırıq. Yaxın üç gündə - bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü bütün Ermənistan iflic vəziyyətinə düşməlidir", - Manukyan bildirib.

Onun sözlərinə görə, bu günlər dövlət qurumlarının işini dayandırmaq üçün qəsdən seçilib:

"Mülki müqavilə”nin deputatları bizə qoşulmasalar, hər bir şəxsə baş verənləri izah etməli olacaqlar".
Tarix: 24-09-2023, 21:52
Xəbəri paylaş





Xəbər lenti