ABŞ-nin İraqdakı hərbi bazası hücuma məruz qaldı


ABŞ-nin İraqın qərbindəki Ənbar vilayətindəki “Ayn əl-Əsəd” aviabazasına pilotsuz təyyarələr tərəfindən hücum edilib.
Yeniavaz.com 
“Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu barədə AFP-yə amerikalı hərbçi bildirib.
Atışma nəticəsində infrastruktura dəyən ziyan dəqiqləşdirilir. Bundan başqa, bir neçə nəfər yaralanıb. Eyni zamanda İraq təhlükəsizlik rəsmisi bazaya zərbə endirmək istəyərkən bir pilotsuz təyyarənin vurulduğunu bildirib.
“İraqın İslami Müqaviməti” hərəkatı da ABŞ-nin “Ayn əl-Əsəd” bazasına hücumu təsdiqləyib. Hərəkat bazaya İsrailin törətdiyi qırğınlara cavab olaraq iki hücum təşkil etdiyini açıqlayıb. Bu barədə hərəkatın “Telegram” kanalında dərc olunan mesajda bildirilib.
Qeyd edək ki, İraqda təxminən 2500 Amerika əsgəri var.
Xatırladaq ki, yanvarın 18-də pilotsuz təyyarə İraq Kürdüstanında ABŞ bazasına hücum edib.
Tarix: 24-01-2024, 11:04
Xəbəri paylaş





Xəbər lenti