Rusiyada qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı

Rusiyada qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı
Ötən gün Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki "qara qutu"su tapılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qutular texniki baxımdan yaxşı vəziyyətdədir.

Kremlin sözçüsü Dmitri Peskov isə qəza ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edib: "Buna ehtiyac var".

Xatırladaq ki, təyyarə qəzası nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış.
Tarix: 25-01-2024, 17:00
Xəbəri paylaş





Xəbər lenti