“Putin boş və mənasız yerə Trampın Ağ Evə qayıtmasını gözləyir...”

“Putin boş və mənasız yerə Trampın Ağ Evə qayıtmasını gözləyir...”
“ Tramp prezident olduğu dövrdə öz ritorikasının əksinə olaraq Polşaya raketlər göndərdi və NATO-nun maliyyələşdirilməsini artırdı...”
 
Rusiya diktatoru Vladimir Putin Donald Trampın Ağ Evə qayıtmasını gözləmək qərarına gəlməklə səhv hesab aparıb.
 
Moderator.az  “Yevropeyskaya pravda”ya istinadla xəbər verir ki, bu fikri NATO-nun keçmiş baş katibi və Böyük Britaniyanın sabiq müdafiə naziri Corc Robertson söyləyib.
 
Robertson xatırladıb ki, Trampın prezidentliyi dövründə ABŞ müdafiə sənayesi gücləndirilib, NATO-ya ödəmələr artırılıb.
 
“İndi Rusiyada (döyüş meydanında – red.) real irəliləyiş olmadığı halda Putinin müharibəni bitirmək üçün hansısa çirkli sövdələşməyə imza atacağına ümid etdiyi Donald Trampın seçilməsinə qədər gözləməkdən başqa çarəsi yoxdur. Hətta bu strategiya da,- əgər bunu belə adlandırmaq olarsa,- səhvdir”, - deyə Robertson Lordlar Palatasında bildirib.
 
Bundan əlavə, Robertson ABŞ Konqresinin respublikaçı üzvlərinin Britaniyada olduqlarını və bu strategiyanın yanlış olduğunu açıq şəkildə söyləməkdə çox maraqlı göründüklərini bildirib.
 
"Prezident Tramp vəzifədə olduğu müddətdə, ritorikasının əksinə olaraq Polşaya raketlər göndərdi, NATO-ya maliyyəni artırdı və öz ordusunu əhəmiyyətli dərəcədə gücləndirdi. Beləliklə, bu, Kremlin növbəti yanlış hesablaması kimi görünməyə başlayır", - Robertson izah edib.
 
Xatırladılır ki, daha əvvəl Almaniya kansleri Olaf Şoltsun 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərdə keçmiş Amerika prezidenti Donald Trampın qələbəsinə gizli ümid bəslədiyi barədə məlumat yayılmışdı.
 
Bundan əlavə, daha əvvəl xəbər “New York Times” Aİ-nin Trampın qələbəsindən niyə qorxduğunu izah edib...
 
S.Laçın

Tarix: 27-01-2024, 10:53
Xəbəri paylaş





Xəbər lenti