"Avropa İttifaqı Macarıstanı cəzalandırmaq üçün "nüvə variantı" hazırlayır" - "Politico"


"Dövlət və hökumət başçıları Orbandan yorulub, onun Alyansın 7-ci maddəsinin təhlükəsini anlaması zamanı yetişib..."
 
"Ən yaxın zamanlarda Avropa İttifaqının bütün 27 ölkəsi Ukraynaya yardımla bağlı konsensus əldə edə bilər..."
 
Alyans üzv-ölkəyə qarşı ən ciddi siyasi sanksiya tətbiq edə bilər
 
Əgər gələn həftə Avropa liderlərinin Ukraynaya 50 milyard avro məbləğində həyatı əhəmiyyəti olan yardımı təsdiq etmək üçün keçiriləcək görüşündə buna mane olmağa cəhd göstərərsə, Macarıstanın işləri yaxşı olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə avropalı məmura istinadən "Politico" nəşri yazıb.
 
"Macarıstan baş naziri Viktor Orbana uzun illər yumşaq yanaşmadan sonra bu dəfə avropalı diplomatlar anladıb ki, Avropa İttifaqına daxil olmağa namizəd olan ölkənin- Ukraynanın təhlükəsizliyini təhlükə altına qoyacağı təqdirdə Budapeştin Avropa İttifaqında səsvermə prosesindən qovulmasının "nüvə variantı" artıq inanılmaz olmayacaq", - məlumatda deyilir.
 
Qeyd edilir ki, bu, o zaman baş verə bilər ki, Avropa İttifaqı üzv-ölkəyə qarşı Aİ qərarlarının qəbulu zamanı onun səsvermə hüququnun dayandırılmasını nəzərdə tutan ən ciddi siyasi sanksiyanı-7-ci maddəni tətbiq etsin.
 
Avropanın beş məmur və diplomatı bəyan edib ki, blokun digər ölkələri Budapeştə qarşı çıxmağa hazırdır, bu da tarixi addım olardı.
 
"Əgər Orban fevral sammitində yenidən büdcə haqqında sazişi və Ukrayna üçün 50 milyard avro məbləğində yardımı bloklayarsa, Macarıstanın səs hüququndan mərhum edilməsi üçün 7-ci maddədən istifadə edilməsi gerçək variant ola bilər", - bunu Aİ diplomatlarından biri nəşrə deyib.
 
Jurnalistlər vurğulayır ki, uzun illər ərzində Avropa İttifaqı Macarıstanı demokratiyadan geri çəkilməsinin qarşısını almaq üçün ona yardımı dayandırmayıb.
 
Buna cavab olaraq Orban Avropanın geniş spektr sənədlərinə taktiki veto qoyulmasından istifadə edib.
 
"Aydındır ki, dövlət və hökumət başçıları Orbandan yorulub. Orbanın 7-ci maddənin təhlükəsinin mövcud olmasını anlaması üçün zaman yetişib", - bunu Leven Universitetinin Avropa siyasəti üzrə professoru Stiven Van Hekke deyib.
 
Eyni zamanda bəzi ölkələr 7-ci maddəyə istinad etməkdən ehtiyat edir, onlar hesab edir ki, gələcəkdə özləri öz ölkələrində hüququn aliliyi məsələləri üzrə bu cür yoxlamalarla üzləşə bilər.
 
Öz tərəfindən fevralın 1-də baş tutacaq xüsusi sammitdə Aİ-nin bəzi liderləri və Avropa Komissiyası Orbanı 7-ci maddə təhlükəsi ilə daha da uzaqlaşdırmağa deyil, onu yola gətirməyə cəhd edəcək. Məsələn, Fransa son zamanlar Orbanı açıq şəkildə tənqid etməkdən yan keçib.
 
Avropa İttifaqının Ukraynaya yardımı
 
2023-cü ilin dekabrında Macarıstanın qalmaqallı baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya 50 milyard dollarlıq yadımına veto qoyub.
 
Blok o zaman Ukraynaya dəstək göstərilməsinin üsulunu tapmağı vəd edib.
 
Latviya prezidenti Edqars Rinkeviç ümid edir ki, Aİ-nin bütün 27 üzv-ölkəsi artıq ən yaxın zamanlarda Ukraynaya yardımın təsdiq edilməsi ilə bağlı konsensus əldə edə bilər.

Tarix: 28-01-2024, 15:49
Xəbəri paylaş





Xəbər lenti