İstanbulda kilsəyə hücum edənlər saxlanıldı


Xəbər verdiyimiz kimi, İstanbulun Sarıyer rayonundakı Santa Maria kilsəsinə silahlı hücum olub.
Yeniavaz.com
xəbər verir ki, artıq silahlı hücumu həyata keçirənlər saxlanılıblar.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.
“Sarıyerdəki “Santa Maria” Kilsəsində bazar günü keçirilən mərasim zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb. Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - nazir bildirib.
Qeyd edək ki, iki maskalı şəxsin kilsəyə daxil olaraq törətdikləri silahlı insident zamanı bir nəfər ölmüş, bir müddət sonra hadisə anının görüntüləri sosial şəbəkələrdə yayılmışdı.
Tarix: 29-01-2024, 10:24
Xəbəri paylaş





Xəbər lenti