İran ABŞ bazasına hücumda iştirakını inkar edir

İran ABŞ bazasına hücumda iştirakını inkar edir

"İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatların zərbəsi ilə heç bir əlaqəsi yoxdur".

Bizimyol.info xəbər verir ki, bu barədə "İRNA" xəbər agentliyinə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bildirib.
Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamlarının əsassız olduğunu bildirmək istəyib.
Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib. Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara "doğru zamanda, lazımi yerdə" cavab verəcəyini vəd edib.
"Al Hadath" telekanalının verdiyi məlumata görə, hücum "T-22" obyektinə edilib, onun yanında sərhədin möhkəmləndirilməsində İordaniyaya kömək edən amerikalı hərbçilərin düşərgəsi var. Onun sözlərinə görə, hazırda ət-Tanf bölgəsindəki bazada quraşdırılmış zenit hava hücumundan müdafiə sistemlərinin pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilməməsinin səbəbini araşdırırlar.
Tarix: 29-01-2024, 10:28
Xəbəri paylaş





Xəbər lenti