““Mossad” UNRWA-nın 190 əməkdaşını HƏMAS-a kömək etməkdə ittiham edib”


İsrailin kəşfiyyat agentliyi “Mossad”, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 190 əməkdaşını 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı qətl və adam oğurluğunda iştirakda ittiham edərək, onların siyahısını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik xidmətinin hesabatına istinadən məlumat yayıb.
Sənədə əsasən, UNRWA-nın bu əməkdaşları oktyabrın 7-də İsrailə hücumda Fələstinin radikal HƏMAS hərəkatına kömək etməkdə ittiham olunurlar.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir sıra ölkələr təşkilatın bəzi işçilərinin HƏMAS ilə əlaqələri olması iddiaları fonunda UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqlayıb.
UNRWA-nın baş komissarı Filip Lazzarini HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəsi olduğu iddia edilən bir neçə agentliyin əməkdaşının işdən çıxarılmasına göstəriş verib. Yanvarın 28-də BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb.
Tarix: 29-01-2024, 20:42
Xəbəri paylaş





Xəbər lenti