“Krım Ukraynadır: belədir, belə də olacaq” - Dudanın fikirləri etirazla qarşılanıb


Polşa Prezidenti Anjey Dudanın son müsahibəsində söylədiyi fikirlər Ukraynada etirazla qarşılanıb.
“AzPolitika.info” xəbər verir ki, “Kanal Zero”-ya açıqlama verən Duda Krımın Ukraynaya qayıdacağına şübhə ilə yanaşıb: "Bu gün Rusiya Ukraynada qalib gəlməyə çalışır. Rusiya Ukrayna ərazilərini saxlasa, bu, əslində Rusiyanın qələbəsi olacaq və o zaman Rusiyanın yeni hücumu ehtimalı çox yüksək olacaq... Ukraynanın Krımı qaytarıb-qaytarmayacağını bilmirəm, amma inanıram ki, o, Donetsk və Luqanskı qaytaracaq”.
Dudanın sözlərinə görə, Krım “tarixi səbəblərə görə xüsusi yerdir”: “Çünki əslində, tarixə nəzər salsaq, o, uzun müddət Rusiyanın əlində olub”.
Ukraynanın Polşadakı səfiri Vasili Zvariç Prezidentin fikirlərinə etiraz edib: “Krım Ukraynadır: belədir, belə də olacaq. Beynəlxalq hüquq əsasdır. Krımın Rusiya tərəfindən müvəqqəti işğalı hərbi cinayətdir və işğalçı buna görə cəzalandırılacaq. Krımın işğaldan azad edilməsi bizim azad dünya ilə ümumi vəzifəmiz və məsuliyyətimizdir”.
Tarix: 3-02-2024, 16:15
Xəbəri paylaş





Xəbər lenti