Ukrayna döyüşçüləri Dnepr sahilindəki daha bir strateji məntəqədə dövlət bayrağını ucaltdı...

Ukrayna döyüşçüləri Dnepr sahilindəki daha bir strateji məntəqədə dövlət bayrağını ucaltdı...
Ukrayna hərbçiləri Xerson vilayətində Dnepr çayının sol sahilində yerləşən strateji Krınki kəndində Ukraynanın dövlət bayrağını qaldırıblar.
Moderator.az xəbər verir ki, bu barədə "DeepState" nəşri məlumat yayıb.
 
Analitiklər qeyd edirlər ki, bayrağı 36-cı Əlahiddə Dəniz Briqadasının əsgərləri ucaldıb. Onlar bildirirlər ki, bu hərəkət Rusiyanın təbliğatını inkar edir və Rusiya Hərbi Hava Desant qüvvələrinin komandanı, Dnepr qoşun qruplaşmasına cavabdeh olan general-polkovnik Mixail Teplinskini aşağılayır.
 
"Moskvalılar öz təbliğatlarında daim iddia edirlər ki, Krınki onların nəzarəti altındadır və guya hamımızı Dneprdən kənara atıblar. Lakin 36-cı Dəniz Briqadasının əsgərləri belə düşünmürlər", - mesajda deyilir.
 
Eyni zamanda qeyd edilir ki, şiddətli döyüşlər davam etdiyi üçün sevinmək hələ tezdir: rus işğalçıları daim ehtiyat qüvvə çıxarır və Ukrayna qüvvələrini sıxışdırıb çıxarmağa çalışırlar. Bundan əlavə, işğalçılar keçidə və sağ sahilə xüsusi diqqət yetirirlər...
Tarix: 7-02-2024, 08:54
Xəbəri paylaş





Xəbər lenti