Mirzoyan BCM-in binasında bayraq qaldırdı - FOTO

Mirzoyan BCM-in binasında bayraq qaldırdı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin binasındakı bayraqlar sırasına Ermənistan bayrağını əlavə edib.

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, BCM-ə qoşulmaqla bağlı mərasimin bir hissəsidir
Qeyd edək ki, İrəvan Roma Statutunu ratifikasiya edərək fevralın 1-də BCM-nin tamhüquqlu üzvü olub və bu, Rusiya ilə münasibətlərdə müəyyən soyuqluq yaradıb.

BCM Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarıb və qoşulan ölkələrin ərazisində qərarın icrası məcburi xarakter daşıyır.
Tarix: 8-02-2024, 21:53
Xəbəri paylaş





Xəbər lenti