“Amerika rəsmiləri İl-76-nın “Patriot”la vurulduğunu təsdiqlədi – “NYT”

“il-76 ukraynanın hücumu nəticəsində qəzaya uğrayıb” – “france ınfo”
Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Ukrayna hərbi əsirlərini mübadilə üçün daşıyan Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsinin Ukrayna Silahlı Qüvvələri tərəfindən Amerikanın “Patriot” zenit-raket kompleksindən istifadə edərək vurulduğunu təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.
Bildirilir ki, Amerika rəsmiləri hadisəni açıq şəkildə şərh etməyəcəklər, lakin özəl olaraq Ukrayna Silahlı Qüvvələrinin “Patriot” raketindən istifadə etməsi ilə bağlı xəbərlərin doğru olduğunu bildiriblər. Nəşrin mənbələrə istinadən yazdığı kimi, İl-76-nın vurulduğu “Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya avropalı tərəfdaş tərəfindən verilib.
Tarix: 8-02-2024, 23:55
Xəbəri paylaş





Xəbər lenti